» 2004-cü İlin əvvəlinə azərbaycan respublikasın əhalisi 8 milyon 265 min nəfər, O cümlədən 4 milyon 254 min nəfər vəya 51,5% şəhər və 4 milyon 11 min nəfər vəya 48,5% kənd sakinləri təşkil etmişdir. Ölkə əhalisin ümumi sayından 4 milyon 58 min nəfəri, yaxud 49% kişi, 4 milyon 207 min nəfəri vəya 51% qadınlardır.
» Əhalin yaş struktur aşağıdakı kimi səciyyələnir: Əhalin Ümumi Sayından 26% - (0 - 14) Yaşında.
67% (15-64) Yaşında 7% 65 və yuxarı yaşda olanlardır. Əhalin 29% (18-34) yaşında olan
gənclərdir. Onların yarıdan bir qədər çoxu şəhər yerlərində yaşayır.
Əhalin orta yaşı: (31 Yaş) təşkil edir. » Son 5 il ərzində ölkədə hər il orta hesabla 114 min körpə vəya hərgün təxminən 312 yeni vətəndaş
dünyaya gəlir. 2003-cü ildə ölkədə doğum səviyyəsi əhalin hər 1000 nəfərinə hesabı ilə 14 nəfər
təşkil etmişdir.» Respublikada ölümün səviyyəsi nisbətən aşağı və sabit səviyyə ilə səciyyələnir. Lakin çoxsaylı
insan tələfatına səbəb olmuş ermənistanın hərbi təcavüzü nəticəsində (1992-1994) illərdə ölüm səviyyəsinin
göstəricisi xeyli artmışdır. Azərbaycan ilə ermənistan arasında atəşkəs rejimi tətbiq edildikdən sonra
ölümün səviyyəsi azalmışdır və keçən il əhalinin hər 1000 nəfərinə hesabı ilə 6 nəfər təşkil etmişdir. » Ölümün səviyyəsi gözlənilən ömür uzunluğu göstəricisində öz əksini tapır. Ötən il bu göstərici
72-3 yaş, o cümlədən kişilər üçün 69-5 yaş, qadınlar üçün isə 75-1 yaş təşkil etmişdir. » Doğumun səviyyəsinə nigahda əhəmiyyətli dərəcədə təsir göstərir. Ötən il ölkədə 56,1 min nigah
bağlanmış və 6,7 min nigah pozulmuşdur. Hazırda 16 və yuxarı yaşda olan qadınların təxminən
43% nigahdadır.» 2003-cü il ərzində daimi yaşamaq üçün respublikadan 3,8 min nəfər getmiş, 2,5 min nəfər isə
ölkəyə gəlmişdir. Bu göstəricilər əvvəlki illərlə müqayisədə xeyli azalıb. » Əhalin son siyahıya alınmasın nəticələrinə görə ölkə əhalisin 90,6% azərbaycanlılar,
2,2% ləzgilər, 1,8% ruslar, 1,5% ermənilər, 1,0% talışlar, 0,6% avarlar,
0,5% türklər, 0,4% tatarlar, 0,4% ukraynalılar, 0,2% saxurlar, 0,2% gürcülər,
0,2% kürdlər, 0,13% tatlar, 0,1% yəhudilər, 0,05% udinlər, 0,12% isə digər millətlərdir. » Öz millətin dilində sərbəst danışa bilən əhalin bütövlükdə ölkə üzrə xüsusi çəkisi 99,2% olmuşdur.
Azərbaycanlılar arasında bu göstərici 99,8% təşkil etmişdir.» Əhalin sayı (01.01.2005-ci il) - 8347.3 min nəfər » Kişilər - 4103,7 min nəfər
» Qadınlar - 4243,6 min nəfər » 18 yaşına qədər olan əhali - 2936,2 min nəfər » Pensiyaçıların sayı - 1373,0 min nəfər